Hörmətli abonent, Melomaniya viktorinasının on üçüncü mərhələsi başladı! Yeni oyun! Yeni şərtlər! Yeni Mükafatlar! (13-cü mərhələ)
“Melomaniya” viktorinasının keçirilməsi haqqında reqlament.
Bu reqlament səsli zənglər vasitəsilə “Melomaniya” viktorinasının keçirilməsi prinsipini, həmçinin müsabiqənin keçirilmə şərtlərini və orada iştirak qaydalarını müəyyən edir.
Maddə 1 – Ümumi şərtlər:
1.1. “Melomaniya” Viktorinasının (daha sonra – Viktorina) keçirilmə müddəti: 2 sentyabr 2022 – 28 fevral 2023 (müsabiqənin başa çatma vaxtı – 23:59:59)..
1.2. Viktorinada yalnız Azercell Abonentləri iştirak edə bilər.
1.3. Viktorina əyləncə xarakterli xidmətdir. Viktorinanın qisa nömrələri olan 2117 və 2217-yə zəng etmiş Abonentlərə musiqi ifaçılarının adını müəyyən etməklə musiqi sahəsindəki biliklərini yoxlamağa imkan yaradır.
1.4. Viktorina lotereya, stimullaşdırıcı lotereya və ya digər riskə əsaslanan xidmət deyil, belə ki Viktorinada qalıblərin təyin edilməsi və mükafatların verilməsi təsadüf prinsipinə əsaslanmayıb.
1.5. Abonentlərin Viktorinada iştirakı mobil telefon vasitəsilə həyata keçirdikləri səsli zənglərin koməyilə baş verir.
1.6. Viktorina çərçivəsində zənglərin həyata keçirilməsi üçün nəzərdə tutulan qısa nömrələr – 2117 və 2217:
– 2117 qısa nömrəsinə edilən zəngin 1 dəqiqəsinin qiyməti bütün Azercell abonentləri üçün 0.00 AZN təşkil edir.
– 2217 qısa nömrəsinə edilən zəngin 1 dəqiqəsinin qiyməti bütün Azercell abonentləri üçün 0.75 AZN (ƏDV daxil) təşkil edir.
1.7. Viktorinada iştirak üçün qeydiyyat faktı, iştirakçının Reqlamentin şərtləri ilə taniş olmasını və şərtlərlə razılaşmasını təsdiq edir.
Maddə 2 – Reqlamentin müəyyən edilməsi:
2.1. Provayder – Operatorla müvafiq müqaviləyə əsasən Viktorinanı keçirən şirkət.
2.2. Viktorina – İştirakçıların sırf intellektual bacarıqlarına əsaslanan, hər hansı ip ucu və əlavə məlumat olmadan, səsli zəngin vasitəsilə keçirilən, müxtəlif suallara cavab verməklə bal toplamaq və Viktorinanın mükafatlarına sahib olmaq imkanı yaradan oyundur.
2.3. Viktorinanın İştirakçısı – 18 (on səkkiz) yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı, Operatorun abonenti olan və Viktorinada iştirak etmə arzusunu bildirmiş fiziki şəxsdir. Viktorinada iştirak 2117 və 2217 qısa nömrələrinə edilən zənglərin vasitəsilə həyata keçirilir.
2.4. Viktorinanın zəngi – 2117 və 2217 qısa nömrələrinə Azercell abonentləri tərəfindən edilən istənilən zəngdir.
2.5. Xidmətə qoşulma – Viktorinada iştirak üçün gündəlik 0.30 AZN (ƏDV daxil) ödəniş etməklə giriş əldə etmək. Xidmətə ilk dəfə qoşulan zaman 24 saat pulsuz iştirak müddəti təqdim edilir. Pulsuz müddət bitdikdən sonra avtomatik qaydada odənishli abunəlik başlayır.
2.6. Ballar – Abonentin virtual hesabına əlavə ediləcək virtual vahidlərdir. Bu virtual hesabın yeganə göstəricisi, Viktorinanın keçirilmə müddətində 2117 və 2217 qısa nömrələrinə səsli zəngi həyata keçirən GSM nömrəsidir.
2.7. Viktorinanın sualı – Viktorinanın keçirilmə müddətində, 2117 və 2217 qısa nömrələrinə zənglər vasitəsilə Abonentə tanışlıq və istifadə üçün təqdim edilən sualın məzmunu və bu suala dair cavab variantları.
2.8. Viktorinanın cavabı – 2117 və 2217 qısa nömrələrinə zəng prosesində Abonentə seçim üçün bir neçə variantda təqdim edilən və Viktorinanın sualına cavab variantı olan məzmundur. Abonentə təqdim edilən cavab variantlarindan biri düzgün cavab kimi qeydiyyatdan keçib. Viktorinada iştirak prosesində, ona təqdim edilmiş cavab variantlarından istənilən birini seçdiyi zaman, Abonent seçdiyi cavab variantını düzgün və ya yanlış olaraq seçdiyinə dair məlumatlandırılacaq.
2.9. Viktorinanın Qalibi – Viktorinanın Reqlamentdə müəyyən edilən qaydalarına və şərtlərinə dəqiq ardıcıllıqla əməl edən, Viktorinanın keçirildiyi gün\ay\ ümumi period ərzində ən çox sayda bal toplamış iştirakçısıdır.
2.10. Təqvim müddəti – 30 təqvim günündən ibarət müddətdir.
Maddə 3 – Viktorinanın keçirilmə ardıcıllığı:
3.1. Viktorinada iştirak üçün Abonent “Melomaniya” Viktorinasına abunəliyi aktiv etməlidir.
3.1.1. Abunəliyə aşağıda göstərilən qaydada aktiv etmək mümkündür:
– 2117 və ya 2217 qısa nömrələrindən birinə zəng etməklə;
3.2. ”Melomaniya” viktorinasına abunəliyin qiyməti gundəlik 0.30 AZN (ƏDV daxil) təşkil edir.
Melomaniya xidməti üçün abunə haqqının 30 təqvim günü ərzində çıxılması cəhdi uğursuz olarsa, xidmətə abunəlik avtomatik olaraq dayandırılır və iştirakçının bütün balları avtomatik olaraq ləğv edilir.
3.3. Viktorinada iştirakdan imtina etmək və abunəliyi dayandırmaq üçün 2117 qısa nömrəsinə SMS vasitəsilə “STOP” yazıb göndərmək və ya Viktorinanın servis nömrəsi olan 2117-ye zeng edib, səsli menyuda “Abunəliyin idarəedilməsi” bölməsini seçmək lazımdır. 2117 qısa nömrəsinə göndərilən SMS-in qiyməti – 0,00 AZN.
3.4. Viktorinaya abunəliyini aktiv etmiş iştirakçiya abunəliyin aktiv edilməsi və Viktorinanın keçirilməsi haqda qısa bildiriş mesajı göndərilir.
3.5. Viktorinaya iki turnir daxildir –standart və bonus. Bu turnirlər Viktorinanın müxtəlif qısa nömrələrində keçirilir: müvafiq olaraq 2117 və 2217. Viktorinaya abunə olmuş iştirakçı öz istəyinə uyğun olaraq istənilən turnirdə iştirak edə bilər. Aktiv abunəliyi olmayan abonentlərə standart və bonus turnirinə giriş qadağandır.
3.6. Abonent xidmətə abunə olduqdan sonra Standart turnirin nomrəsi olan 2117-ə zəng etməklə musiqi parçalarını dinləyir. Abonentin vəzifəsi – öz bilikləri əsasında düzgün cavab variantına uyğun olan düyməni seçməklə ifaçını tapmaqdır. 2117-yə edilən zəngin dəyəri – 0.00 AZN. Düzgün cavaba görə İştirakçı 5 bal əldə edir. Balların hesablanma alqoritmı bütün iştirakçılar üçün eynidir. 2117 qisa nomresine edilen zenglere limit gundelik 240 deqiqe teshkil edir. Abonentler limit bitdikden sonra oyuna 2217 qisa nomresi ile davam ede bilerler. Limitlerin sifirlanmasi her gun saat 00:00-da bash verir.
3.7. Abonent xidmətə abunə olduqdan sonra Bonus turnirin nomrəsi olan 2217-ə zəng etməklə musiqi parçalarını dinləyir. Abonentin vəzifəsi – öz bilikləri əsasında düzgün cavab variantına uyğun olan düyməni seçməklə ifaçını tapmaqdır. 2217-yə edilən zəngin dəyəri – 0.75 AZN/deq. Düzgün cavaba görə İştirakçı 50 bal əldə edir. Balların hesablanma alqoritmı bütün iştirakçılar üçün eynidir. 2217 qisa nomresine edilen zenglere limit gundelik 60 deqiqe teshkil edir.
Maddə 4 – Qalibin müəyyən edilməsi və mükafatın verilməsi:
4.1. Viktorinanın qaliblərinin müəyyən edilməsi zamanı, İştirakçıların Viktorinanin suallarına düzgün cavab verməklə yigdiqları ballar haqqında Provayderin platformasında saxlanılan obyektiv məlumatlar istifadə edilir. Viktorinada qalibin müəyyən edilməsi zamanı təsadüf prinsipi istifadə edilmir.
4.2. Viktorinada yalnız müəyyən edilmiş vaxt ərzində daha çox bal toplamış, balların hesablanması və qalibin müəyyən edilməsi anında Viktorinada aktiv abunəliyi olan iştirakçılar qalib gələ bilər. Əgər bir neçə Abonent eyni bal toplayıbsa, həmin balları daha az vaxt ərzində yığmış Abonent qalib gəlir (Abonentin birinci cavabdan sonuncu cavaba qədər sərf etdiyi vaxt nəzərə alınır) “Melomaniya” Viktorinasına abunəlik dayandırıldığı halda, bütün ballar ləğv edilir. Əlavə olaraq, Viktorinada iştirakın istənilən dövrü ərzində yığılmış balların sayı haqqında ətraflı məlumatı, Bazar ertəsi – Şənbə günləri (10:00-dan 19:00-dək) 6065 nömrəsinə (ilk 1 dəqiqə pulsuz) zəng edərək öyrənmək mümkündür.
4.3. Günün qalibinin müəyyən olunması Viktorinanın keçirildiyi müddətin 30-cu, 60-cı, 90-cı, 120-ci, 150-ci, 180-cı təqvim günləri istisna olmaqla, hər gün saat 23:59:59-a qədər olur. Daha çox bal toplamış, balların hesablanması və qalibin müəyyən edilməsi anında və qalibin müəyyən edilməsi günündə saat 23:59:59-a qədər Viktorinaya aktiv abunəliyi olan iştirakçı Qalib elan edilir. Günün qalibi 20 manat məbləğində mükafat alır.
4.4. Viktorinada ayın qalibinin müəyyən olunması Viktorinanın keçirilildiyi müddətin 30-cu, 60-cı, 90-cı, 120-ci, 150-ci təqvim günlərinin saat 23:59:59-a olan nəticələrinə əsaslanır. Daha çox bal toplamış, balların hesablanması və qalibin müəyyən edilməsi anında və qalibin müəyyən edilməsi günündə saat 23:59:59-a qədər Viktorinaya aktiv abunəliyi olan iştirakçı Qalib elan edilir.
Ayın mükafatı – Dəbli smartfon və ya planşet. Mükafatın modeli və adı, hər növbəti oyun ayının başlanğıcından bir gün əvvəl az.unifun.com saytında dərc olunacaq.
09-09-2022 – 01-10-2022 –ərzində ayın mükafatı: Samsung Galaxy A03S (3/32GB)
02-10-2022 – 31-10-2022 –ərzində ayın mükafatı: Samsung Galaxy A03S (3/32GB)
01-11-2022 – 30-11-2022 –ərzində ayın mükafatı: Samsung Galaxy A03S (3/32GB)
01-12-2022 – 30-12-2022 –ərzində ayın mükafatı: Samsung Galaxy A03S (3/32GB)
31-12-2022 – 29-01-2023 –ərzində ayın mükafatı: Samsung Galaxy A03S (3/32GB)
4.5. Viktorinanın əsas mükafatının qalibinin müəyyən olunması Viktorinanın keçirildiyi bütün müddətin nəticələrinə əsasən, Viktorinanın sonuncu 180-cı günü saat 23:59:59-a qədər olur. Viktorinanın keçirildiyi bütün müddət ərzində ən çox bal toplamış, balların hesablanması və qalibin müəyyən edilməsi anında və qalibin müəyyən edilməsi günündə saat 23:59:59-a qədər Viktorinaya aktiv abunəliyi olan iştirakçı Qalib elan edilir. Supermükafatın qalibinin bank hesabına 1000 (min) AZN köçürülür.
4.6. Viktorinanın keçirildiyi müddət ərzində İştirakçıya məhdud sayda qalib olmaq imkanı verilir: iştirakçı günün mükafatı olan 20 manatı Viktorinanın keçirildiyi müddət ərzində 3 dəfədən çox olmamaqla, ayın mükafatını isə Viktorinanın keçirildiyi müddət ərzində yalnız 1 dəfə qazana bilər.
4.7. Gündəlik pul mükafatları (20 AZN) İştirakçının Viktorinaya abunəliyi aktiv etdiyi GSM nömrəsinin balansına yüklənir. Günün mükafatı heç bir halda nəğd şəkildə təqdim edilmir.
4.8. Viktorinanın əsas mükafatı – 1000 AZN. Viktorinanın əsas mükafatı, qalib olmuş iştirakçı şəxsiyyət vəsiqəsinin surətini, GSM nömrənin abunə müqaviləsi və qalib olduğu barədə SMS mətni olan GSM nömrəni təqdim etdikdə mükafat ona viktorinanın bitdiyi andan etibarən 45 iş günü ərzində onun Azərbaycan Respublikası ərazisində olan yerli bank hesabına köçürülmə yolu ilə həyata keçirilir. Mükafat heç bir halda nəğd şəkildə təqdim edilmir.
4.9. Ayın mükafatı – Dəbli smartfon və ya planşet. Ayın mükafatı, qalib olmuş iştirakçı şəxsiyyət vəsiqəsinin surətini, GSM nömrənin abunə müqaviləsi və qalib olduğu barədə SMS mətni olan GSM nömrəni təqdim etdikdə mükafat ona qalib olduğu andan etibarən 45 iş günü ərzində poçt vasitəsi ilə göndərilir. Mükafat pul ekvivalenti ilə əvəz edilmir.Mükafatlar xarici dövlətlərin ərazisinə çatdırılmır.
Maddə 5 – Məhdudiyyətlər:
5.1. Bu viktorinada operatorun, provayderin və viktorinanın keçirilməsinə texniki dəstək göstərən şirkətlərin əməkdaşları və həmçinin ailə üzvləri iştirak edə bilməzlər.
5.2. Viktorinada iştirak zamanı hər hansı bir program təminatından və ya digər avtomatlaşdırılmış üsullardan istifədə etmək qadağandır. Sualların cavbalanmasında müəyən qanunauyğunluq aşakar edilərsə qalıb mükafatdan məhrum edilə bilər. Bu halların aşkar edilməsi texniki sistemin loqları əsasında aparılır.
5.3. Yuxarıda sadalanan şərtlərə əməl etməyən iştirakçılar Viktorinada iştirak etmək hüququna malik deyil və mükafatlara sahib ola bilməz.
Maddə 6 – Mükafatların verilməsi ilə bağlı vergi ödənişləri:
6.1. Mükafatların təqdim edilməsi ilə bağlı yaranan bütün vergi öhdəlikəri Provayder tərəfindən həyata keçirilir.
Xidmətlə bağli əlavə məlumat almaq üçün Bazar ertəsi – Şənbə günləri (10:00-dan 19:00-dək) 6065 nömrəsinə (ilk 1 dəq pulsuz) zəng edin.